Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti iş günü üçün rəsmi valyuta məzənnələrini açıqlayıb.
“Yeni Sabah” Mərkəzi Bankın rəsmi göstəricilərinə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi sabit qalaraq 1.7000 manat səviyyəsində qərarlaşıb.
Avro və Rusiya rublunun məzənnələrində isə dinamika müşahidə olunub. Avropa valyutası — Avro (EUR) bahalaşaraq 1.9442 manata yüksəlib. Əksinə, Rusiya rublu (RUB) ucuzlaşma nümayiş etdirib; hazırda 100 rublun rəsmi məzənnəsi 2.1954 manat təşkil edir. pizza sifarişi
Türkiyə lirəsi (TRY) isə mövqeyini qoruyaraq 0.0363 manat səviyyəsində dəyişməz qalıb.
Telegram kanalımız