Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq

Şou

16 Yanvar 2026 08:37 1689


"Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkədə yazıb. O, ailəsi ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib:

"Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil. pizza mizza

İnternetdə gördüyünüz hər şeyə yoxlamadan inanmaq maraq deyil. Bu, tənqidi düşüncənin olmamasıdır. Saxta xəbərlərlə maraqlandıqda və onları yaydıqda, siz problemin bir hissəsinə çevrilirsiniz. Yalan və saxta məlumat yaymaq cahillikdir".

Qeyd edək ki, ötən gün yerli mediada Jan Klod Van Dammın illər əvvəl körpə uşaqla çəkilən görüntüləri yayılmışdı. Körpənin Suada Hacızadənin övladı olduğunu iddia edilmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!