"Biz bilmirik ki, Ermənistan və Azərbaycan hakimiyyəti nə haqda danışıqlar aparır".
Yenisabah.az xəbər verir ki, bunu Artur Vanetsyan deyib.
O əlavə edib: "İndiki mərhələdə hansısa sənədin imzalanacağına inanmıram". pizza hut
Vanetsyan bildirib: “Nikol Paşinyan hakimiyyətini saxlamaq üçün hər şeyi edir, istənilən addımı atır. Sənəd imzalananda camaatın küçələrə çıxması və onun hakimiyyətinin təhlükə altına düşmə riski var. Ona görə də Paşinyan indiki mərhələdə kağızlara imza atmadan azərbaycanlıların tələblərini yerinə yetirir. Dığ kəndində baş verənlər bunun bariz nümunəsidir. Bir dəfə öyrəndik ki, Ermənistan silahlı qüvvələri ərazini tərk edib və bu ərazi Azərbaycan silahlı qüvvələri tərəfindən döyüşsüz işğal olunub. Onlar faktiki olaraq Ermənistanın suveren ərazisini işğal ediblər".
Telegram kanalımız