Vaqif Bayatlının ürəyinə stent qoyulacaq

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Bayatlının ürəyinə stent qoyulacaq

Mədəniyyət

02 Oktyabr 2019 14:14 1222


“Böyük ehtimalla Vaqif Bayatlının ürəyinə stent qoyulacaq”.

"Yeni Sabah" bildirir ki, bunu APA-ya şair V. Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib. 

Onun sözlərinə görə, İstanbulda olan V. Bayatlı beyin müayinəsindən uğurla keçib: “O, səhhəti ilə bağlı hər il İstanbulda müayinə olunur. Üç il əvvəl Vaqif beynindən əməliyyat olunub. Həkim yoxlamaları göstərdi ki, əməliyyatın nəticəsi yüksəkdir”.  Marqarita pizza

T. Bayatlı qeyd edib ki, qarşıdakı günlərdə şair kardioloji müayinədən də keçəcək: “Vaqif müayinə olunacaq, əgər yeni bir şey aşkar olunmasa, böyük ehtimalla onun ürəyinə stent qoyulacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!