Vaqif Cavadov borca görə evini satdı

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Cavadov borca görə evini satdı

İdman

07 Mart 2019 19:25 996


“Keşlə”nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.

Həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. Xeyli adama kifayət qədər çox borcu olan Cavadov onları qaytara bilmir. Futbolçunun hətta qumara qurşanması və bu üzdən miskin duruma düşməsi haqda da yazmışdıq.

Futbolçu böyük borclara görə hətta çox dəbdəbəli mənzilini satıb. “Yeni Həyat”da yarım milyon manat qiyməti olan evini satışa çıxaran Cavadov problemdən başqa çıxış yolu görməyib. pizza mizza

Vaqif AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, məşhur futbolçu İsgəndər Cavadovun qardaşı oğludu. Onun atası Füzuli bəy də uzun illər “Neftçi”də oynayıb.

Futbolinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!