“Vaqif Səmədoğlu dedi ki, səni tutduraram“   - Afaq Bəşirqızı

saytların hazırlanması

Evə çatdırılma

“Vaqif Səmədoğlu dedi ki, səni tutduraram“ - Afaq Bəşirqızı

Mədəniyyət

25 İyul 2020 13:40 1524


"Vaqif Səmədoğlu şəxsən mənə demişdi ki, səni tutduraram"

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı müğənni-bəstəkar Murad Arifin “Popumuz var” proqramında deyib.

Sənətçi V.Səmədoğlunun "Bəxt üzüyü 2" filminin çəkilməsini istəmədiyini bildirib: Pepperoni pizza

“Çəkilən “Bəxt üzüyü 2” “Bəxt üzüyü” filminin davamı deyil. Vaqif Səmədoğlunun 80 illik yubileyinə soyuq münasibət oldu. Həmin vaxt Tahir və Cabir İmanov qardaşları məsələ qaldırdılar ki, bu filmi Vaqif Səmədoğlunun yubileyinə həsr edirik.  Amma Vaqif mənə demişdi ki, əgər “Bəxt üzüyü 2” filmi çəkilsə səni tutduraram. Bu tamamilə başqa şeydir, filmin burada yalnız adı var, “Bəxt üzüyü”ndən söhbət gedə bilməz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!