“Vaqif Xaçaturyanı müdafiə etmək dövlət səviyyəsində hərbi cinayətlərə dəstək verməkdir”

saytların hazırlanması

Evə çatdırılma

“Vaqif Xaçaturyanı müdafiə etmək dövlət səviyyəsində hərbi cinayətlərə dəstək verməkdir”

Siyasət

29 İyul 2023 19:23 876


“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanması və bunun müqabilində Ermənistanın rəsmi, ictimai, media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Hikmət Hacıyev əlavə edib ki, hərbi cinayətkar Vaqif Xaçatryan insan qaçaqmalçılığını həyata keçirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiyasından istifadə etməyə çalışıb. Dördpendirli pizza

Qeyd edək ki, Vaqif Xaçatryan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırıma məruz qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!