Vaqif Xaçaturyanın son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Xaçaturyanın son durumu açıqlandı

Sağlamlıq

07 Yanvar 2026 12:16 815


Azərbaycanda həbsdə olan erməni separatçısı Vaqif Xaçaturyanın durumu açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Ədliyyə Nazirliyindən məlumat verilib. 

“Hazırda Vaqif Xaçaturyanın müvafiq dövlət tibb müəssisəsində müalicə tədbirləri davam etdirilir”, - qurumdan bildirilib.  Marqarita pizza

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilərək Bakı Hərbi Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il dekabr ayının 22-də onun səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrılarından sonra xəstəxanaya yerləşdirilib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!