Vardanyan kartı işə salındı:   Bakının cavabı nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan kartı işə salındı: Bakının cavabı nə olacaq?

Siyasət

11 Dekabr 2022 19:57 2322


Rusiyanın Azərbaycanın monitorinqinin qarşısını almaq üçün "mülki təxribat” törədəcəyi gözlənilən olsa da, Vardanyan səhnəsinin təşkili həm də Kremldən göndərilmiş separatçının Bakı tərəfindən erməni əhalisinin "nümayəndəsi” kimi qəbul edilməsi planında ilk praktiki addım oldu.

Ruslar bununla erməni əhalisi ilə Bakının təmaslarını dəstəkləyən, bu məsələdə "beynəlxalq mexanizm”in hazıranmasını istəyən ABŞ-a da Vardanyanı "qanuni təmsilçisi” kimi göstərirlər; və aydındır ki, Vardanyan bundan sonra rəsmi Bakının göndərdiyi bütün nümayəndələrin qarşısına çıxarılacaq.

Hələki edə biləcəyimiz bugünkü kimi hər dəfə onu "ofsaytda” qoymaqla "heç kim” olduğunu göstərməkdir. Hərçənd, növbəti monitorinqdə hərbçilərin, yaxud təhlükəsizlik qüvvələrinin də iştirakına ehtiyac yarana bilər, çünki bu gün baş verənlər göstərdi ki, nümayəndələrimizin təhlükəsizliyi risk altındadır və təxribatların təşkilatçısı olan sülhməramlılar buna zəmanət verə bilməz. Marqarita pizza

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!