“Ruben Vardanyanın açıqlamalarına fikir vermək lazım deyil. Bu, ona oxşayır ki, h’r küçədən keçən başlayır dünyanı, ABŞ-ı, Çini hədələməyə. Siz buna fikir verərsiniz? O kimdir ki?! Nə imkanı, nə ordusu, nə əhalisi, nə gücü var?! Sadəcə Rusiyanın sayəsində Qarabağda peyda olub və orada yaşayır. Biz ancaq Rusiya ilə danışıqlar aparır və bu məsələləri yalnız Rusiya ilə həll edirik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
Politoloq Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın Ağdərə və Xocavənd səfərində səsləndirdiyi fikirlərə toxunub. Dominos pizza
Xatırladaq ki, o, Azərbaycana qarşı müharibəyə hazırlaşma zərurətini vurğulayıb.
Z. Əlizadənin sözlərinə görə, R. Vardanyan sadəcə bir emissardır:
“Ona deyiblər ki, camaatı aldatmaq üçün özünə zəhmli görkəm ver, Azərbaycanı hədələ. Vardanyan da bunu edir. Fikir vermək lazım deyil, çünki o heç kəsdir, heç nədir”.
Siyasi analitik tarixə ekskurs edərək əlavə edib ki, R. Vardanyan bu “posta” yeni gələndə ümid edirdi ki, Azərbaycan onu qəbul edəcək:
“Beləliklə, o, Rusiyanın göstərişi ilə Azərbaycan qarşısında Rusiyaya xeyirli olan şərtlər qoyacağını düşünürdü. Azərbaycan tərəfi isə dedi ki, səni tanımırıq, sən heç kimsən. Biz Qarabağın yerli əhalisi ilə danışacağıq, nəinki Rusiyanın təyin etdiyi adamla. O da çalışır ki, özünü Azərbaycana sırısın, qəbul etdirsin, amma alınmır. Ona görə də cürbəcür mənasız bəyanatlar verir, oraya-buraya gedir. Qarabağ bapbalaca bir yerdir, piyada da gedə bilər, maşınla da 10 dəqiqəyə istədiyi yerə çata bilər.
Qısası, bunlar boş söhbətdir və Azərbaycan tərəfi onu ciddi qəbul etməməlidir. Danışdığına da fikir vermək lazım deyil. Ağlı olan adam mahiyyəti anlayar, yəni Ruben Vardanyanı Azərbaycan tərəfi qəbul etmir. Qəbul etməməyin əlaməti bəs nədir? Ona fikir verməmək. Qoy bəyanatlar versin, çıxış etsin, danışsın, lakin biz onu yox saymalıyıq. Vəssəlam!”
Rafi MÜSLÜMOV
Telegram kanalımız