Vardanyan Qarabağa niyə gəlib? -   “Əgər Azərbaycan əleyhinə addımlar atacaqsa...”

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Qarabağa niyə gəlib? - “Əgər Azərbaycan əleyhinə addımlar atacaqsa...”

Siyasət

02 Sentyabr 2022 17:33 8510


Siyasi şərhçi Oqtay Qasımlının “Yeni Sabah”a müsahibəsi:

- Bildiyiniz kimi, erməni əsilli milyarder, Rusiya vətəndaşlığından imtina edən Ruben Vardanyan Qarabağa gəlib və həmin bölgədə “Artsaxın inkişafı və təhlükəsizliyi fondu”nu yaratdığını elan edib. Sizcə, əslən Ermənistan ermənisi olan Ruben Vardanyanın birdən-birə “Qarabağ eşqi”nə düşməsinin səbəbi nədir? 

-  Əvvəla, Ruben Vardanyan Rusiyadakı erməni diasporunun ən tanınan nümayəndələrindən biri sayılır və Azərbaycana düşmən mövqeyi ilə seçilən bir şəxsdir. O, 44 günlük savaşda da Rusiya vasitəsilə xeyli silah-sursat və hərbi texnikanın Qarabağa göndərilməsini təşkil edib. Bir il əvvəl isə guya hansısa siyasi bir təşkilat qurub və siyasətlə məşğul olma barədə açıqlama verib. İndi də onun Qarabağa gəlib hansısa “fond” yaratması, yaxud siyasi fəaliyyətlərlə məşğul olacağı ilə bağlı bəyanatları, əlbəttə, diqqətimizi çəkir.  Dördpendirli pizza

Ruben Vardanyan, sözsüz ki, Rusiya kəşfiyyatı ilə əlaqəyə malik şəxsdir və Rusiya tərəfindən yönləndirilir. Amma Vardanyan kimilərin taleyi Ermənistanda Azərbaycana düşmənçilik mövqeyi tutan digərlərinin taleyi kimi olacaq. Çünki o, Qarabağda heç nə edə bilməz və Azərbaycan onun Qarabağda hansısa fəaliyyətinə icazə verməyəcək. Əgər Azərbaycan əleyhinə hansısa addımlar atmağa çalışacaqsa və bu, Azərbaycan ərazisində olacaqsa, bu, ona çox baha başa gələcək, bunun ağır nəticələrinə qatlanmalı olacaq.

Bu, psixoloji bir savaşdır və ermənilər də bunu kifayət qədər ustalıqla həyata keçirə bilirlər. Vardanyan məsələsi də cəmiyyətə təsir etmək, pessimist ovqat aşılamaq məqsədi güdür. Əlbəttə, bunların hamısı Azərbaycan cəmiyyəti və dövləti tərəfindən nəzərə alınan məsələlərdir, amma onu da əminliklə bildirmək istəyirəm ki, Ruben Vardanyanın Qarabağda, Azəbaycan ərazisində hansısa bir fəaliyyətinə imkan verilməyəcək.

- Ruben Vardanyanın Ermənistanda iflasa uğrayan Sarkisyan-Koçaryan tandeminə alternativ olduğu iddiası da var...

- Düşünürəm ki, onun Ermənistanda müəyyən fəaliyyəti ola bilər və bir sıra siyasi nəticələr əldə edə bilər. Çünki erməni cəmiyyəti ilə Azərbaycan ərazilərindəki fəaliyyət tamamilə fərqli-fərqli istiqamətlərdir. 

Moskvaya bağlı Koçaryan-Sarkisyan cütlüyünün yerinə alternativ olaraq hazırlanması, əlbəttə ki, ağılabatan versiyadır. O cümlədən Vardanyanın həmin qüvvənin elektoratına sahiblənmək və onları ətrafında toplamaq imkanları var. Yəni Ermənistan siyasətində o, müəyyən bir rol oynaya bilər. 

- Bəs Araik Arutyunyana alternativ ola bilərmi?

- Araik kimdir axı?! O, fiqur deyil. Sadəcə vaxtilə Paşinyanı dəstəkləyib və onun dəstəyi ilə “hakimiyyətə gəlib”. O, Qarabağda varlı adamlardan biri sayılır, amma elə də böyük maddi imkanları yoxdur. Lakin, əlbəttə ki, Araik də hazırda Moskva ilə kifayət qədər əlaqələrə malikdir və onların göstərişi ilə oturub-durur. Arutyunyan Qarabağdakı terrorçu qruplara tam nəzarət edə bilmir. Onun alternativləri çoxdur.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!