“Vardanyan Rusiya ilə münasibətləri haqda danışmaq istəmir...“

saytların hazırlanması

Evə çatdırılma

“Vardanyan Rusiya ilə münasibətləri haqda danışmaq istəmir...“

Siyasət

12 Avqust 2023 08:21 1346


"Əslində bu, manipulyasiyadır, diqqəti yayındırmaqdır;  Azərbaycanın Qarabağ torpağına qanunsuz gəlişinin və oradakı fəaliyyətinin ilk günlərindən Vardanyanın Rusiyanın- Putin rejiminin 1 nömrəli adamlarından biri olduğu təsdiqlənir..."

Erməni oliqarx Ruben Vardanyan da daxil olmaqla, “Forbes”in siyahısında yer alan rusiyalı milyarderlər Rusiya ilə əlaqələrini gizlədərək öz tərcümeyi-hallarını kütləvi şəkildə yenidən yazır.

Moderator.az xəbər verir ki,  "Hraparak" bu haqda “The Moscow Times”(Moskva-Tayms") istinadla yazır.  pizza sifarişi

İngilisdilli Rusiya nəşri qeyd edir ki, Rusiyaya bağlılığa istinadlar Ukraynaya təcavüz başlayandan bəri “zəhərli” olub.

Nəşr yazır ki, Azərbaycan torpağındakı separatçı-teerrorçu rejimin keçmiş qondarma "dövlət naziri" R.Vardanyan Rusiya ilə münasibətləri haqqında danışmaqdan imtina edir. Uzun müddət “Troyka Dialoq”a rəhbərlik edən investisiya bankiri indi özünü “erməni əsilli maliyyəçi” kimi təqdim edir.

2022-ci ilin sentyabrında müharibədən əvvəl sərvəti 1 milyard dollar qiymətləndirilən Vardanyan Rusiya vətəndaşlığından  imtina edib.

“Moskva Tayms”-ın yazdığına görə, bu həftənin əvvəlində məlum olub ki, “Yandeks”in yaradıcısı Arkadi Voloj öz saytından demək olar ki, Rusiya və SSRİ ilə bağlı bütün istinadları silib. Müharibə başlayandan sonra Rusiya Federasiyasını tərk edən və rus biznesindən qurtulmaq qərarına gələn Voloj indi özünü Qazaxıstanda doğulmuş israilli sahibkar adlandırır. Üstəlik, bu yaxınlarda ilk dəfə olaraq o, açıq şəkildə Kremli Ukraynaya təcavüz etdiyinə görə tənqid etdi.

Qərbin sanksiyalarına məruz qalan “Alfa Group” konsorsiumunun həmtəsisçisi və müşahidə şurasının sədri Mixail Fridman da özünü “Ukraynada doğulmuş rus-israilli iş adamı” adlandırır.

2018-ci ildən ABŞ-ın sanksiya siyahısında olan “Renova”nın rəhbəri Viktor Vekselberq onun Ukraynada doğulduğunu və Kipr vətəndaşı olduğunu vurğulayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!