Vardanyan sərsəmlədi: “Qırmızı xətlərimiz pozulub“

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan sərsəmlədi: “Qırmızı xətlərimiz pozulub“

Rəsmi

09 May 2023 15:00 7172


"Biz danışıqlara hazırıq, lakin bu, Azərbaycanın şərtləri ilə ola bilməz, danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır".

Ynisabah.az xəbər verir ki, bunu Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyan deyib.

O bildirib: "Necə olursa-olsun, ləyaqətimizi qoruyacağıq. Hamımız birlikdə qırmızı xətlər çəkdik və dedik ki, bu, Dağlıq Qarabağ xalqı üçün qəbuledilməzdir. Aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradaraq bu qırmızı xətti pozdu. Dördpendirli pizza

Yeganə seçim mübarizə aparmaqdır. Əks təqdirdə, ayağınızı silə biləcəyiniz ləyaqətsiz bir insana çevrilirsiniz. Qırmızı xətt hamımız üçün aydın olmalıdır, çünki başqa dövlətin pasportlarımızı yoxlaması tələbinə tabe olmağa haqqımız yoxdur. Heç kim bizim Ermənistana sərbəst giriş-çıxışımızı məhdudlaşdırmamalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!