Vardanyan Şuşa ətrafında nə axtarır?

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Şuşa ətrafında nə axtarır?

Siyasət

11 Dekabr 2022 13:15 1404


Artıq 4-cü aydır Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsindəki Rusiya “sülhməramlı” kontingentinin himayəsi altında qanunsuz ictimai-siyasi və maliyyə fəaliyyəti göstərən hayk milyarderi Ruben Vardanyan dünən – dekabrın 9-da Xankəndində şəhərin qanunsuz meri və bir sıra digər şəhər və kənd “icma”larının rəhbərləri ilə müşavirə keçirib.

Moderator.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, R.Vardanyan Şuşa rayonunun hələlik işğal altında qalan Kiçik və Böyük Qaladərəsi kəndlərinin qanunsuz “icma” nümayəndələri ilə xüsusi olaraq maraqlanıb.

Bəs görəsən, buna səbəb nədir? Məsələ ondadır ki, həmin kəndlər çox strateji məkanda yerləşir. Bu məntəqələr Ermənistana gedən köhnə Laçın yolunun yaxınlığındadır. Yeni alternativ yol isə bilavasitə kəndlərin içərisindən keçir.  Həm də Kiçik Qaladərəsi və Yuxarı Qaladərəsi kəndləri Azərbaycan ordusunun birbaşa nəzarətində olan Laçın rayonu ilə bitişik ərazidədir. O cümlədən strateji Ağdaş yüksəkliyi bilavasitə Kiçik Qaladərəsi kəndinin üzərində yerləşir... Eyni zamanda bu kəndlər Laçın şəhərindən də yaxın məsafədədir... Marqarita pizza

Keçmiş yazılarımızda xəbər verdiyimiz kimi, Şuşanın bəhs edilən kəndləri yaxınlığında sovet dövründə qazılaraq məxfi şəkildə bağlanmış və qızıl olması ehtimal edilən faydalı qazıntı tuneli yerləşir...

Onu da xatırladaq ki, R.Vardanyan Azərbaycan torpağına gəldiyi ilk günlərdən hələ 1988-1991-ci illərdə Azərbaycanın dinc əhalisinə qarşı terror oylağına çevrilmiş Kiçik və Böyük Qaladərəsi kəndlərinə xüsusi səfər etmiş, kəndlərin problemlərii ilə tanış olmuşdu...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!