Vardanyan Xankəndidə yenidən aktivləşdi - Putinə müraciət

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Xankəndidə yenidən aktivləşdi - Putinə müraciət

Siyasət

02 May 2023 19:14 14283


Xankəndidəki qanunsuz rejimdə beynəlxalq təşkilatlara müraciət üçün imzatoplama kampaniyası keçirilir.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, separatçı rejimin beynəlxalq təşkilatlara 10 Noyabr bəyanatının tam icra edilməsini tələb etmələri gözlənilir. Artıq imzatoplama kampaniyasına çarəsizlikdən separatçıların lideri Araik Arutyunyan da qatılıb. Toplanan imzaların isə BMT Təhlükəsizlik Şurası, Rusiya prezidenti, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan baş nazirinə göndəriləcəyi bildirilib. pizza

Ən maraqlı məqam isə kampaniyanın əsas sifarişçisinin erməni milyarder Ruben Vardanyan olmasıdır.

Qeyd edək ki, qondarma rejim faktiki olaraq iki yerə bölünüb. Əhalinin bir qismi sülhməramlıları dəstəkləyirsə, digər qrup bölgəyə BMT nümayəndələrinin gəlməsini istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!