Ruben Vardanyan artıq Moskvdadır.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri Qarabağdakı mənbələrinə istinad edərək məlumat verib ki, təxminən 10 gün əvvəl qondarma rejimin “prezidenti” Arayik Arutyunyan Rusiyanın Qarabağla bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. Sezar pizza
Qəzet onu da əlavə edib ki, Arutyunyan artıq 3-4 gün bundan əvvəl Qarabağa qayıdıb:
“Onun ardınca isə “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır. Görünür, onu da “Artsax”ın daxili-siyasi problemlərini müzakirə etmək və yaranmış vəziyyətin həllini tapmaq üçün dəvət ediblər”.
“Hraparak” yazır ki, Laçın yolu bağlandığına görə, bundan əvvəl separatçı rejimin “hökumət dairələri”ndə gərginlik yaranmışdı. Erməni KİV-i bildirib ki, bu gərginliyin fonunda tanınmamış “DQR”də “dövlət naziri”nin istefası və hətta “milli məclis”in növbədənkənar “seçkilər”i mövzusu da gündəmə gəlmişdi.
Nəşr iddia edib ki, Azərbaycan tərəfi qeyd-şərtsiz Vardanyanın istefasını tələb edir:
“Aydındır ki, Rusiya passiv müşahidəçi statusunu öz üzərinə götürüb: o, nə yolu açır, nə Azərbaycanla dialoq qurur, nə də “Artsax”ın daxili siyasi həyatına qarışır. Rusiyanın bu addımı isə “Artsax”dakı atmosferi daha da gərginləşdirib”.
Bundan əlavə, qəzetin mənbəsi qeyd edib ki, Araik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyəli görüşləri olub:
“İrəvanda Vladimir Putinlə görüşdən sonra Kremldə ona daha çox güvəniblər və demək olar ki, birbaşa mətnlə Arutyunyana deyiblər ki, əgər Vardanyan sizin işlərinizə müdaxilə edirsə, onu işdən çıxarın, çünki onu biz təyin etməmişik”.
Həmçinin, KİV-in yazdığına görə, Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını bildirirlər:
“İndi Vardanyan Moskvada ona qarşı olan münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü şəkildə istefa versin”.
Bu mövzuda yazan digər erməni KİV-ləri də oxşar məlumatları tirajlayıblar. Onların iddiasına görə, Vardanyanı Moskvada adam yerinə qoymayıblar. Hətta bir çox qapılar onun üzünə bağlı olub. Bu üzdən də separatçı "dövlət naziri"nin yaxın günlərdə istefa verməsi gözlənilir.
Rafi MÜSLÜMOV
Telegram kanalımız