Vardanyanın “buynuzu” çıxdı:  “Azərbaycan qəbul etməlidir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Vardanyanın “buynuzu” çıxdı:  “Azərbaycan qəbul etməlidir ki...”

Siyasət

07 Dekabr 2022 10:19 73378


““Artsax xalqı” (Qarabağ erməniləri – red.) öz gələcəyini Azərbaycanın bir hissəsi kimi görmür və bu barədə uzun müddətdir ki, öz aydın mövqeyimizi bildirmişik”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan “Facebook” səhifəsində yazıb.

“Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə deyil. Almaniyanın ictimai telekanalı “ZDF”-lə olan müsahibəmdə də bunu bir daha təkrar etmək imkanım oldu. Dominos pizza

Telekanal Ermənistan və “Artsax”ı geniş reportajla, xüsusən də 13 sentyabr sərhəd təxribatları və onun nəticələrini işıqlandırıb. Həmçinin, onlar oktyabrda Stepanakertin Dirçəliş meydanında keçirilən çoxminlik mitinqindən kadrları dərc edib.

Dünya mediasının Azərbaycan-Qarabağ münaqişəsinə diqqəti alqışlanılandır”, – deyə yazıda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!