Vardanyanın Xankəndidən qaçışı... -   “Görünən odur ki, proses başlayıb və...”

saytların hazırlanması

Evə çatdırılma

Vardanyanın Xankəndidən qaçışı... - “Görünən odur ki, proses başlayıb və...”

Siyasət

08 Fevral 2023 19:21 2872


“Vardanyanın Xankədidən qaçmasının bir neçə səbəbi var. Bunun birinci səbəbi ondan ibarətdir ki, Azərbaycan mediası Vardanyanın üzərinə çox getdi. Yəni, medianın burada danılmaz xidmətləri var”.

Yenisabah.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, media ilə yanaşı, ekofəalların da bu məsələdə danılmaz xidmətləri var: Dominos pizza

“Çünki Vardanyan Qarabağa biznes layihəsi kimi gəlmişdi. Həm Dəmirlidən, həm də digər qızıl yataqlarından qiymətli ləvazimatları oğurlayıb aparırdı. Amma ekofəallar artıq 59 gündür ki, bu yolu bağlayandan sonra Vardanyanın da “bazarı bağlandı”. Ona görə də Vardanyan üçün orada bir şey qalmadı”.

“Digər tərəfdən, Azərbaycan dövlətinin də mövqeyi burada kəskin oldu. Xüsusi ilə cənab prezidentin əvəzsiz rolu oldu. O, dövlət başçısı kimi öz mövqeyini bildirəndən sonra, yəni, ekofəalları dəstəklədi, Azərbaycan mediası dövlət başçısının yanında oldu və bu üçlü ittifaq Vardanyanın Qarabağdan getməsinə səbəb oldu. Çünki Vardanyan gördü ki, planları alınmır, ermənilər də bunu başa düşür. Bununla həm də Vardanyanın Paşinyanı əvəzləmək planı əlindən alındı. Ona görə də Vardanyanın heç bir şansı qalmadı və o, Xankəndini tərk elədi”-deyə, sabiq millət vəkili vurğualyıb.

Professor əlavə edib ki, bu, çox böyük məsələlərdən xəbər verir:

“Əvvəla, bu vəziyyət Azərbaycanın siyasi qələbəsi, Ermənistanın isə növbəti məğlubiyyətidir. Həmçinin, Ermənistanın indiki rəhbərliyinin Xankəndi ilə bağlı heç bir ümidinin qalmaması, o cümlədən, Vardanyanın Rusiya ilə bağlı ümidlərinin tükənməsi deməkdir. Çünki Vardanyan Rusiyanın layihəsi idi. Görünən odur ki, Vardanyanın qaçması Qarabağdan erməni axınının əsasını qoydu. Əvvəlcə Aram Qabrelyan qaçmışdı, indi isə Vardanyan qaçır. Artıq Arayik Arutyunyan də aradan çıxıb, harada olduğu bilinmir. Görünən odur ki, proses başlayıb. Bu da təqdirəlayqidir”./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!