“Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”

saytların hazırlanması

Evə çatdırılma

“Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”

Siyasət

14 Oktyabr 2021 08:20 1010


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakı barədə sualı cavablandırıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısı növbəti prezident seçkilərində iştirakı imkanlarına diqqət çəkib. pizza mizza

“Konstitusiya mənə növbəti müddətə prezidentliyə namizəd olmağa icazə verir. Amma bu məsələdə hələ heç bir qərar qəbul edilməyib”, - deyə Prezident vurğulayıb.

Vladimir Putin xələfinin kim olacağını açıqlamayıb.

“Növbəti prezident seçkilərinə kifayət qədər çox vaxt var. Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”, - Rusiya lideri deyib.

O, siyasi varisi barədə düşünmədiyini qeyd edib. "Bu barədə suallara cavab verməməyi üstün tuturam. Bu, mənim ənənəvi cavabımdır", - Putin bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!