“Varlı olmaq, insan olmaq deyil hələ” – Faiq Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Varlı olmaq, insan olmaq deyil hələ” – Faiq Ağayev

Şou

12 Aprel 2019 12:22 978


Xalq artisti Faiq Ağayev Xəzər televiziyasında yayımlanan verilişlərin birində söylədiyi fikirləri ilə yadda qalıb.

O, öz həmkarlarını sərt şəkildə tənqid edib. O, onları görməmişlikdə günahlandırıb: "Azərbaycan müğənniləri arasında bəlkə də bahalı maşın sürənlərdən biri mənəm. Amma siz nə vaxtsa görmüsünüz mən maşınımı reklam edim? Yaxud siz görmüsünüz ki, mən hansısa çəkilişi evimə dəvət edim mənim qarderobumu, vanna otağındakı xalçamı çəksinlər? İnsan hər zaman gözü tox olmalıdır.

İndi peşəkar olmaq dəbdə deyil, pullu olmaq dəbdir. Heç kim mütəxəssis olmaq istəmir. Dərd ondadır". Toyuqlu pizza

Daha sonra ifaçı verilişdən olan videoçarxı öz instaqram səhifəsində paylaşaraq, bu sözləri də qeyd etməyi unutmayıb:

"Varlı olmaq, insan olmaq deyil hələ. Yalnız pul ilə dünyanı ölçən, əvvəl-axır özü də devalvasiyaya uğrayacaq".

Xatırladaq ki, bir müddət öncə ifaçı müğənnilik eşqinə düşən aparıcılarıda sərt şəkildə tənqid etmişdi.

Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!