“Varlılarla kasıblar arasında bərabərsizlik uçurum həddinə çatıb“ - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Varlılarla kasıblar arasında bərabərsizlik uçurum həddinə çatıb“ - Prezident

Siyasət

21 Yanvar 2022 12:55 1424


Bu gün respublikanın biznes ictimaiyyəti ilə görüşən Qazaxıstan prezidenti Qasım-Comert Tokayev bildirib ki, yanvar hadisələrinin başlıca səbəbi ölkənin gəlirinin varlılar və kasıblar arasında dözülməz dərəcədə qeyri-mütənasib bölünməsidir.

Yenisabah.az xəbər verir ki, məlum hadisələrdən sonra ilk dəfə ölkənin iş adamları ilə görüşən Qazaxıstan prezidenti Tokayev varlılarla kasıblar arasında bərabərsizliyin uçurum həddinə çatdığını deyib: “Hamınıza yaxşı məlum olan korrupsiyanın fonunda gəlirlərin bölünməsindəki təbəqələşmə barıt çəlləyinə atılan kibrit çöpü rolunu oynayıb. Bundan isə terrorçular, silahlı qruplar və onların arxasında dayanmış qiyamçılar istifadə ediblər”.

Prezidentin sözlərinə görə, baş vermiş hadisələr əslində illərlə yığılıb qalmış problemləri yenidən gündəmə gətirib: “Bu gün bizim qarşımızda, olduqca ciddi strateji əhəmiyyət daşıyan, ölkədə bütün ictimai quruluşun dərin tranformasiyası vəzifəsi dayanır. İndi bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”.(ria.ru) Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!