Varşavada Gəncə terroruna etiraz edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Varşavada Gəncə terroruna etiraz edildi - Fotolar

Xalqın səsi

18 Oktyabr 2020 15:40 1045


Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

Daisporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya paytaxtın mərkəzi Plac Zamkovı meydanında baş tutub.

Aksiyada polyak dilində “Qarabağ Azərbaycandır!” (“Karabach to Azerbejdzan”) yazılmış iri banner, “Ermənistanın terrorunu dayandırın!”, “Ermənistanın təcavüzünü dayandırın!” şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib. Marqarita pizza

Aksiya iştirakçıları Polşa hökumətini və polyakları, eləcə də beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Qeyd edək ki, oxşar aksiyaların Polşanın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub.

İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!