Vasif Məhərrəmli izləyicisini təhqir etməkdə davam edir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vasif Məhərrəmli izləyicisini təhqir etməkdə davam edir - Foto

Şou

15 Aprel 2019 17:07 1119


Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ona təhqir yazan izləyicisinin fotosunu paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, ifaçı paylaşımında həmin şəxsin Moskvada yaşadığını qeyd edib.

“Moskvadakı dostlarıma səslənirəm, bu şərəfsizin yerini bilən varsa, mənə deyin, anında uçub gələcəm. Şərəfsiz, səndən rəsmi qaydada şikayət edirəm. Hava limanından səni birbaşa polisə gətirəcəklər. Orada görüşərik” deyə, müğənni izləyicisini təhqir edib. pizza mizza

Qeyd edək ki, analoji hadisə bundan öncə də yaşanmışdı. Məhərrəmli onun “Stefanno Ricci” brendindən olan kəmərinə lağ edən izləyicisini təhqir etmişdi.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!