Vasif Müslümova yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Vasif Müslümova yüksək vəzifə verildi

Sosial

17 Aprel 2026 10:29 475


Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə "Yeni Sabah"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, kollecinin direktoru vəzifəsinə Vasif Müslümov təyinat alıb.  Sezar pizza

Ü.Səttarova aprelin 16-da yeni direktoru kollektivə təqdim edib. 

O, daha sonra kollecin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb.

Baxış zamanı təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektiv inkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, V.Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!