Naxçıvan Muxtar Respublikada 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, kampaniyada NMR Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında 2 hektar badam və 1 hektar üzüm bağı salıb, 4 minə yaxın badam və üzüm tingi əkiblər. Ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılıb.
Ali Məclisin sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ağacəkmədə iştirak edib. Məlumat verilib ki, bu ilin yazında muxtar respublika ərazisində 353 hektar sahədə yaşıllaşdırma tədbirləri görüləcək, 108 min müxtəlif meyvə və həmişəyaşıl ting, 710 kiloqram toxum əkiləcək. Pepperoni pizza
V. Talıbov yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.
Bu gün muxtar respublikada 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ağacəkmədə ümumilikdə 21 min 843 sakin iştirak edib, 22 hektar meyvə bağı və yaşıllıq zolağı salınıb, 15 min ting əkilib.
Telegram kanalımız