Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanıb.
“Yeni Sabah”ın məlumatına görə, bildirilib ki, zavodun ümumi sahəsi 10 min 590 kvadratmetrdir. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaq. Əsas tikinti işləri başa çatdırılıb, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilib. Müəssisədə qazlı və qazsız olmaqla, müxtəlif ölçülü qablaşdırmada “Badamlı” suyu istehsal ediləcək. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcək. Həmçinin zavodda müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcək.
İkimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınacaq, iş və texniki otaqlar istifadəyə veriləcək. Dördpendirli pizza
Ali Məclisin Sədri istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verib.
Telegram kanalımız