Vasif Talıbov çimərlikdə

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov çimərlikdə

Rəsmi

01 İyun 2019 16:29 1571


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarındakı çimərlik zonasına gəlib, mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb.

“Yeni Sabah” xəbər verir ki, NMR-nın fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev məlumat verib ki, mövsümə hazırlıqla bağlı ərazidə təmizlik işləri görülüb, insanların istirahəti üçün lazımi şərait yaradılıb. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-12 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub, su velosipedləri və motosikletləri qoyulub. İnsanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınıb, 1 müşahidə qülləsi yaradılıb, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu, eləcə də həkimlər tərəfindən ərazidə xidmət aparılacaqdır. Həmçinin çimərlik zonasına Naxçıvan şəhərindən gündəlik marşrut fəaliyyət göstərəcəkdir. Dominos pizza

V. Talıbov iyunun 15-də çimərlik mövsümünün açılması, ərazinin genişləndirilməsi, təmizliyə və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!