Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, fərmanda deyilir ki, sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinami-kasının qorunub saxlanmasını təmin edib. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məh¬sulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olub. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.
Aparılmış təhlillər və formalaşmış əlverişli iqti¬sadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təmina¬tının gücləndirilməsi, yeni istehsal və xidmət sahələ¬rinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq sə¬viy¬yəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaradıb. Pepperoni pizza
Fıərmanla “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq¬ramı” təsdiq edilib.
NMR-nın Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görmək, İqtisa¬diyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələn¬dirmək və ic¬rası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublika¬sının Ali Məclisinə məlumat vermək tapşırılıb.
Telegram kanalımız