Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxıb.
“Yeni Sabah” xəbər verir ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda torpaq işləri aparılıb, 1500 həmişəyaşıl ağac əkilib. Parkın su təminatı yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata keçiriləcək.
Ali Məclisin Sədri parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar verib. pizza hut
Telegram kanalımız