“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilib.
“Yeni Sabah” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını təmin edib, əkinəyararlı torpaqlar əkin dövriyyəsinə qatılıb, aqrar sahədə məhsul istehsalı artırılıb. O, muxtar respublikada kənd təsərrüfatının inkişafında əməyi olanlara təşəkkürünü bildirib: “Qarşıda duran əsas vəzifə ailə təsərrüfatlarını və fermerləri müasir texnikalarla təmin etməkdən və fəaliyyətlərini genişləndirməkdən ibarətdir”. Ali Məclisin Sədri deyib ki, bu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunub: “Bu, təsadüfən qəbul olunmuş qərar deyil. Artıq muxtar respublikada ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir, müxtəlif çeşiddə məhsullar istehsal olunur. Ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların qablaşdırılması üçün tədbirlər görülür, yarmarka və festivallar keçirilir. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətləri və aid qurumlar ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək verməlidirlər”.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb. Dördpendirli pizza
Telegram kanalımız