“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, NMR-nın Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edib. O, bildirib ki, bu gün muxtar respublikanın ən ucqar kəndində yaşayan insanlar da dünyada və ölkəmizdə gedən prosesləri izləyir, fikir və münasibətlərini bildirirlər. “Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəltmişdir”.
Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar verərək deyib: Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Buna görə də hami təşkilatlar ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə kadr hazırlığına diqqəti artırmalı, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməli, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olmalıdırlar. pizza
Bu səbəbdən hami təşkilatlar və hamiliyə verilən qurumlar arasında görüşlər intensiv xarakter daşımalıdır. Hami təşkilatlarla hamiliyə verilən ixtisaslar arasında əməkdaşlıq yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına gətirib çıxara bilər. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır”.
Qeyd olunub ki, təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və effektiv innovasiyalar üzərində qurulmalıdır. Elmi inkişafa xidmət edən layihələr daha çox informasiya texnologiyalarının nailiyyətlərini özündə əks etdirməli, ölkədə yeni əmək bazarının və təhsil iqtisadiyyatının formalaşmasına xidmət etməlidir. Ali və orta ixtisas təhsili müəssisələri hamiliyə verilən təşkilatlarla birlikdə “Startap Naxçıvan” hərəkatı çərçivəsində startapçılar üçün yerli və beynəlxalq səviyyəli təlimlər təşkil etməlidir.
Telegram kanalımız