Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, NMR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 150 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim olunub. Sərhəd yaşayış məntəqəsi olan Sədərəkdə müvafiq kateqoriyadan olan insanlara yeni mənzillərin verilməsi də göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib. Sezar pizza
Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayev göstərilən qayğıya görə müharibə veteranları və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.
Telegram kanalımız