İyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib. O, deyib ki, bu gün 14-29 yaş arasındakı gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir: “Yaşayış kompleksinin tikilməsi həm də burada yeni iş yerlərinin açılması deməkdir. “Gənclər Yaşayış Kompleksi”nin tikilməsinə həm dövlət, həm də sahibkar tərəfindən vəsait sərf olunur. Ona görə də tikinti işləri keyfiyyətlə aparılmalı, gənclərimiz müasir mənzillərlə təmin olunmalıdırlar”.
“Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov “Gənclər Yaşayış Kompleksinin” layihəsi üzrə görüləcək işlər barədə bildirib ki, ərazidə ikisi 7, ikisi 5 mərtəbəli olmaqla 4 yaşayış binası inşa olunacaq. Yeddi mərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beş mərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzillidir. Ümumilikdə, 4 yaşayış binasında 134 mənzil istifadəyə veriləcəkdir. Binaların zirzəmisində xidmət sahələri yaradılacaq, həyətdə istirahət parkı istifadəyə veriləcək. Toyuqlu pizza
Sonra Ali Məclisin Sədri beton qarışığı bünövrəyə töküb, yaşayış kompleksinin təməli qoyulub.
Telegram kanalımız