Vasif Talıbov Şeyxin kitabına sponsorluq edib

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov Şeyxin kitabına sponsorluq edib

Maraqlı

02 Avqust 2021 13:46 2186


Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “Qan yaddaşı” adlı kitabı çapdan çıxıb.

 Bu barədə Yenisabah.az-a Xalq artistinin özü məlumat verib. Onun sözlərinə görə, kitab erməni yalanlarının ifşasından bəhs edir.

“Bu kitabı sənədlər əsasında yazmışam. Orada dünyanın müxtəlif ölkələrinin tanınmış simaları ermənilərin yalanlarını ifşa edir. Kitabda yüzlərlə sənəddən istifadə edilib”, - deyə Şeyx Əbdül Mahmudbəyov bildirib. pizza hut

Xalq artisti əlavə edib ki, kitabın nəşrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dəstək verib. “Bakıda kimə müraciət etdimsə, yaxın durmadı. Sağ olsun Vasif müəllim yardım etdi. İndi mən Vasif müəllimə müraciət hazırlayıram ki, kitabın müxtəlif dillərə təcümə edilməsinə yardımçı olsun. Qoy bütün dünya ermənilərin yalanlarının şahidi olsun. Özü də elə onlara dəstək verən bəzi ölkələrin tanınmış simalarının dili ilə”, - deyə o, vurğulayıb.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!