Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışda çıxış edərək artıq rayonda 2 min hektara yaxın ərazinin yeraltı şəbəkə ilə əhatə olunduğunu bildirib. O, qeyd edib ki, 100 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması isə davam etdirilir.
“Su torpağa həyat verir” deyən V. Talıbov qapalı suvarma şəbəkəsinin əhatə etdiyi 60 hektara yaxın ərazinin 56 hektara yaxını pay, 2 hektardan çoxu həyətyanı, 3 hektara yaxını isə yaşıllıqların altında olan torpaqlar olduğunu qeyd edib: “Ərazinin su təminatı imkan verəcəkdir ki, torpaqlar əkilsin, yaşıllıqlar artsın, bol məhsul istehsal olunsun və əhalinin məşğulluğu təmin edilsin”. pizza sifarişi
Yurdçu kəndindəki qapalı suvarma şəbəkəsi də muxtar respublikanın büdcəsindən qənaət olunmuş vəsait hesabına qurulmuşdur. Tikintisi davam etdirilən qapalı suvarma şəbəkəsi də bu vəsait hesabına həyata keçirilir. Çünki bu torpaqların əkilməsi həm sakinlər, həm də dövlət üçün əhəmiyyətlidir”.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb. O, qapalı suvarma şəbəkəsinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Telegram kanalımız