Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olub.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salıb.
Məlumat verilib ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınıb, müasir proqram təminatı yaradılıb. Son 10 ilin statistik məlumatları serverə işlənilib. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunub. Pepperoni pizza
Vasif Talıbov Statistik Məlumatlar Sisteminin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib: “Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin strukturuna 8 şəhər və rayon idarəsi daxildir. Muxtar respublika üzrə 174 inzibati ərazi dairəsi üzrə statistika işçisi ştatı yaradılmış, kənd mərkəzlərində statistika işçiləri üçün otaq ayrılmışdır. Komitənin əsas fəaliyyət istiqaməti əhali və kənd təsərrüfatı üzrə siyahıyaalmanı həyata keçirmək, 18 istiqamət üzrə 259 adda statistik hesabatları ümumiləşdirmək və təhlilini aparmaqdan ibarətdir”.
O, muxtar respublikanın illik statistik məcmuəsinin hazırlanması, qəbul olunmuş dövlət proqramlarının icrası barədə hesabatların təqdim olunması, eləcə də digər müvafiq təşkilatlarda da elektron məlumat sistemlərin qurulması barədə tapşırıqlar verib.
Telegram kanalımız