Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
“Yeni Sabah” xəbər verir ki, nəlumat verilib ki, toxumçuluq təsərrüfatı tərəfindən bu ilin məhsulu üçün 1037 hektar sahədə taxıl əkilib. Əkin şırım üsulu ilə aparılıb, yerli iqlim şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldar “Qobustan”, “Quality” və “Bezost” toxum sortlarından istifadə olunub. Əraziyə normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına səbəb olub. Biçinə təsərrüfatın 6 kombaynı cəlb edilib, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıb. Bu günə qədər 173 hektar sahə biçilib. Biçilən ərazi ardıcıl şəkildə şumlanır ki, bu da növbəti ilin məhsuldarlığına mühüm təsir göstərir. Hazırda ərazidə məhsuldarlıq 30 sentnerə yaxındır.
Vasif Talıbov deyib ki, Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticəsini verir. Daxili bazarın qorunması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın inkişafına səbəb olub. Biçinə 100-ə yaxın kombayn cəlb olunub. Yaradılan şərait, xüsusilə taxıl və qarğıdalının alış qiymətlərinin artırılması həm məhsul istehsalına, həm də bu yolla əhalinin məşğulluğunun təmin olunmasına stimul verir. Pepperoni pizza
Ali Məclisin Sədri taxıl biçininin iyulun 25-dək başa çatdırılması, növbəti əkin mövsümündə dəmyə əkininə daha çox üstünlük verilməsi, eləcə də torpaq mülkiyyətçilərinin sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi barədə tapşırıqlar verib.
Telegram kanalımız