Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov NMR-nın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Fərman imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, sərəncamla Nicat Fəxrəddin oğlu Babayev Naxçıvan Muxtar Respublikasının yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Qeyd edək ki, Nicat Babayev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Dördpendirli pizza
Telegram kanalımız