Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
“Yeni Sabah” xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanıb.
Məlumat verilib ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaqdır. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik nəqliyyat vasitələri, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaq. pizza
V. Talıbov gömrük xidmətinin tələblərinə uyğun qurulması və işıqlandırılması, keyfiyyətə ciddi diqqət yetirilməsi, təcili tibbi yardım və yanğından mühafizə xidmətlərinin təşkil olunması barədə tapşırıqlar verib.
Telegram kanalımız