Naxçıvan Şahmat Mərkəzində Naxçıvan MR Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olunub.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə çıxış edən NMR Şahmat Federasiyasının sədri Seymur Talıbov deyib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikasiya imtahanları keçirilib.
“Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Ona görə də müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər”. Federasiya sədri bu yolda şahmat müəllimlərinə uğurlar arzulayıb. pizza
MR-nın təhsil naziri Rəhman Məmmədov məlumat verib ki, muxtar respublikada şahmat mərkəzi və məktəblərinin maddi texniki bazası yaxşılaşdırılmış, bu məktəblər 67 müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub.
Təhsil müəssisələrində şahmatın tədrisinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə sertifikasiya imtahanları keçirilib. Sertifikasiya iki mərhələdə aparılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin nəzəri, Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən isə təcrübi bilikləri yoxlanılıb. Müəllimlərdən 401-i imtahanı uğurla keçib, onlardan 25-i sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərib.
Seymur Talıbov imtahanlarda yüksək nəticə göstərmiş 25 müəllimə sertifikatları təqdim edib.
Telegram kanalımız