Vasif Talıbovun ən yaxın adamı danışdı: “Mən nə etmişəm ki...”

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun ən yaxın adamı danışdı: “Mən nə etmişəm ki...”

Siyasət

01 Dekabr 2022 17:39 6204


Naxçıvan Muxtar Respublikasında başlanan antikorrupsiya əməliyyatlarında saxlanılan və istintaqa cəlb olunan şəxslərin sayı artmaqdadır.

Sosial şəbəkələrdə və mediada yazılan xəbərlərdə yaxın zamanlarda həbsi gözlənilən şəxslərdən birinin də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovun olacağı deyilir.

Bu barədə xəbərlərdə iddia olunur ki,  B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış. pizza

Gununsesi.info-ya açıqlamasında Bəxtiyar İsmayılov barəsindəki iddialara münasibət bildirib.

O, haqqında danışılanları “böhtan” adlandırıb: “Məni niyə həbs etməlidirlər ki? Boş-boş söhbətlərdir, öz iş-gücümlə məşğulam. Mən nə etmişəm ki, tutsunlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!