“Vasif Talıbovun istefası lazım idi” - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Vasif Talıbovun istefası lazım idi” - Siyavuş Novruzov

Siyasət

21 Dekabr 2022 14:19 1073


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası lazım idi. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov deyib. 

“İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr sturukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun”, - deputat vurğulayıb.  Toyuqlu pizza

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, bu gün istefa qərarı verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!