Vasif Talıbovun qudası istintaqa cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun qudası istintaqa cəlb olundu

Kriminal

01 Fevral 2023 10:58 1466


Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

“Yeni Sabah” bildirir ki, Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o telefona cavab verməyib. Daha sonra sayt onun bacısı oğlu və ən yaxın adamı sayılan keçmiş Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur İsmayılovla əlaqə saxlayıb. O açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib. 

"Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub." Sezar pizza

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!