Vasif Talıbovun “vurdu”ğu nazirə yeni vəzifə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun “vurdu”ğu nazirə yeni vəzifə veriləcək

Rəsmi

05 İyul 2019 15:43 8837


Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Bakıdadır və ona DİN sistemində yüksək vəzifə veriləcəyi gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “AzPolitika.info” xəbər yayıb. 

Xatırladaq ki, Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə daxili işlər naziri vəzifəsindən azad edilmişdi. 50 yaşlı Əhmədovun “vurulmasının” səbəbləri haqda müxtəlif iddialar irəli sürülmüşdü. Onun Naxçıvanı tərk etməsinə də qeyri-rəsmi qadağanın qoyulduğu bildirilirdi. pizza mizza

Ə.Əhmədovun yenidən DİN sistemində yüksək vəzifəyə təyin olunacağı gözləntiləri onun bəraət almasından xəbər verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!