Vasif Talıbovun xanlığına son verilir... -   Naxçıvandan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun xanlığına son verilir... - Naxçıvandan son xəbər

Siyasət

23 Noyabr 2022 16:03 18921


Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Tns.az saytı məlumat yayıb. Sayta daxil olan məlumata görə növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, bu gün səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır. Sezar pizza

Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.

 Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb. Bütün bu hadisələr belə dəyərləndirir ki, artıq Naxçıvanda Vasif Talıbov zamanı bitir. Onun səltənətinə son verilir...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Lamiye Memmedzade
    Men Ahillar evinde işleyirem demek bizim maaşlar artaraq 300 m oldu lakin bizim maaşlarida maliye nazirliyi artimi keserek bize aid olmadığın bildirdi her kes şikayet edeceyin bildirsede her kesi işden çıxmaqla hedelediler maliye nazirliyini yoxladin çox öz basinaliq var camahat qorxudan heçne danişa deye bilmir ya delixanaya salirlar ya da şikayet edenin başina iş gelir
    3 years ago
  • Lamiye Memmedzade
    Men şahbuz rayon sakini menim evim yanib kül oldu iki uşaqla kücede qaliriq neçe orqanlardan kömek istedim Ali meclise yaxın düşmek qeyri mümkün idi insanları qovmaqdan beter edirler şahbuz rayon ıcra hakimiyeti Refail babayevi sağolsun bizi arxayin saldı idare müdirlerinden pul yiğdi menimseyib özüne villa tikdirir şahbuz rayonunda yoxlayın çox xahiş edirik çox şeyler acilacaq haqq edalet olsun kasiblari ezirler bunlar menim uşaqlarimin da Allahı var da bele olmalıdırlar bunlar
    3 years ago