Vaşinqton görüşləri:   Tərəflər hansı məsələlərdə ümumi razılığa gəlib?

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqton görüşləri: Tərəflər hansı məsələlərdə ümumi razılığa gəlib?

Siyasət

30 İyun 2023 13:28 1326


Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Vaşinqtonda aparılan danışıqlarda irəliləyişin əldə olunduğu məsələlər barədə danışıb.

Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, nazirliyin sözçüsü deyib:

“Bu maddələr sərhədlərin müəyyənləşdirilməsi, qoşunların geri çəkilməsi, beynəlxalq mexanizmin formalaşdırılması prosesidir”. pizza sifarişi

Xatırladaq ki, C. Bayramov və A. Mirzoyan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin daha bir neçə maddəsi ətrafında razılığa gəliblər. 

Öz növbəsində, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüşlərin yeni raundunun yekunlarına belə səciyyələndirib:

“Ümumi məqsədə nail olmaq, nəticədə bəzi maddələrin sənədə daxil edilməsi razılaşma, eləcə də digər mühüm məsələlər üzrə qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və yekun razılaşmanın əldə edilməsi üçün daha çox səy göstərilməlidir".

O, həmçinin Aİ-nin himayəsi altında gözlənilən görüşün əhəmiyyətini qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!