Çinin Ukrayna böhranının sülh yolu ilə nizamlanması planının həyata keçirilməsi təkcə Moskvadan deyil, həm də Vaşinqton və Kiyevdən asılıdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O əlavə edib ki, ABŞ və Ukrayna hələ buna hazır deyillər.
Medvedev bildirib: "Çin Ukrayna üçün nizamlanma planı gətirdi, prezidentimiz dünən dedi: "Bəli, orada çox maraqlı şeylər var". Lakin hər hansı planı həyata keçirmək üçün sadəcə olaraq, təkcə burada deyil, orada da heç olmasa, öyrənilmə arzusu olmalıdır. Vaşinqton və Kiyevdə bu arzu yoxdur”.
D. Medvedev qeyd edib ki, Çin prezidenti Si Zinpinin Rusiyaya səfəri Moskva ilə Pekin arasında xüsusi münasibətləri təsdiqləyib.
Nümunə olaraq o, son 23 ildə ticarətin artımını xatırladıb:
"2000-ci ildə ticarət dövriyyəmiz 8 milyard dollar idi. İndi 185-dir və çox güman ki, yaxın gələcəkdə 300 milyard olacaq".
Telegram kanalımız