Vaşinqton və Tehran yenidən masaya otururlar   - Məkan və vaxt AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqton və Tehran yenidən masaya otururlar - Məkan və vaxt AÇIQLANDI

Siyasət

15 Aprel 2026 21:40 522


ABŞ və İran arasında danışıqların ikinci raundu gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçirilə bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Geo" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyətinə yenidən Cey. Di. Vens rəhbərlik edəcək. Heyətdə həmçinin Stiv Uitkoff və Cared Kuşner yer alacaqlar. pizza mizza

İran tərəfini Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı təmsil edəcəklər.

Qeyd olunur ki, Pakistan tərəfinə danışıqların təşkili üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi tapşırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!