Vaşinqtonda nələr müzakirə edilib? - Mirzoyan açıqlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqtonda nələr müzakirə edilib? - Mirzoyan açıqlayacaq

Siyasət

09 May 2023 10:22 626


Ermənistandakı hakim “Vətəndaş Müqaviləsi” fraksiyası Vaşinqtonda nələrin müzakirə edildiyi və ictimaiyyətə açıqlanmayan başqa razılaşmaların olub-olmaması barədə məlumat vermək üçün xarici işlər naziri Ararat Mirzoyanı qapalı iclasa dəvət etmək niyyətindədir. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, hələlik görüşün vaxtı ilə bağlı qərar yoxdur və onlar nazirin cədvəlinə uyğunlaşmalı olacaqlar.

Erməni nəşri yazır ki, hazırda fraksiya dərin məlumatsızlıq içindədir: pizza hut

“Çünki ABŞ-dakı danışıqların əvvəlində söylənildi ki, hər hansı bir irəliləyiş var, sonra isə tərəflərin razılığa gəlmədiyi üzə çıxdı. Buna baxmayaraq, həftənin sonunda Brüsseldə Paşinyanla Əliyev arasında görüş gözlənilir. Hakim partiya deputatları isə hesab edir ki, xarici işlər naziri heç olmasa danışıqların nədən getdiyi, fikir ayrılıqlarının nə olması barəsində onlara məlumat verməlidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!