Vaşinqtondan Bakı və İrəvana MESAJ: “Sülhün açarı budur”

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqtondan Bakı və İrəvana MESAJ: “Sülhün açarı budur”

Siyasət

06 İyun 2023 22:46 1803


“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə doğru fəaliyyətlərini davam etdirdikləri üçün bu ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.

“Mən artıq demişəm ki, birbaşa dialoq problemlərin həllinin, sabit və ədalətli sülhə nail olmağın açarıdır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin bu yaxınlarda keçirilən görüşünün müxtəlif platformalarda getməsindən məmnundur”, - ABŞ rəsmisi bildirib. pizza

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda növbəti görüş iyunun 12-də keçiriləcək./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!